Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2019
10:25
İsrail aclıq aksiyası keçirən fələstinli məhbusların tələbləri ilə razılaşdı

İsrail Həbsxanaları İdarəsi, 15 gündür aclıq aksiyası keçirən 100-dən çox fələstinli məhbusun tələblərinin yerinə yetirilməsinə razılıq verib.

Fələstin Azadlıq Təşkilatı (FAT), Fələstin Əsirləri və Azad olunanlar Heyətinə bağlı yazılı bir açıqlamada, tərəflər arasında əldə edilən razılaşmanın bu səhər qüvvəyə mindiyi ifadə edilib.

Açıqlamada, razılaşmanın maddələri arasında "aclıq aksiyası keçirən bütün məhbusların keçmiş həbsxanalarına köçürülməsi, sağlamlığa zərər verən, radio və televiziya tezliyinə təsir edən siqnal kəsən cihazların sayının azaldılması, bazar günündən etibarən ictimai telefonları həbsxanalarda açılması və məhbuslara aclıq aksiyasına qoyulan bütün sanksiyaların ləğvi var.

Nümayəndə heyəti, razılaşmanın yerinə yetirilməsini təmin etmək üçün tutulanların aclıq aksiyasını davam etdirəcəklərini bildirdi.

Qeyd edək ki, İsrail həbsxanalarında olan 100-dən çox məhbus insan sağlamlığına zərər verən siqnal pozan cihazların yerləşdirilməsinə etiraz olaraq 15 gündür ki, aclıq aksiyası keçirir.

Məhbuslar həbsxanada sağlamlığa zərər verən siqnal kəsici cihazların çıxarılmasını, Qəzzadakı məhbusların ailələrinə ziyarətlərin bərpa olunmasını, ictimai telefon zənglərinə icazə, reydlərin dayandırılmasını, tibbi laqeydliyə son qoyulmasını və şəraitin yaxşılaşdırılmasını tələb edirlər.

Məqalədə : fələstin məhbus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
176

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
259

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
559
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 01:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru