Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2019
10:10
BMT-də Azərbaycanın fələstinli qaçqınlara humanitar dəstəyi yüksək qiymətləndirib

Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri Pyer Krahenbul ilə görüşüb.

Bu barədə FaktXeber.com-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, fələstinli qaçqınlara yardım göstərilməsi ilə bağlı təmsil etdiyi qurumun son dövrləri əhatə edən fəaliyyət istiqamətləri və gələcək planları barəsində məlumat verən P.Krahenbul Azərbaycanın fələstinli qaçqınların həyat şəraitin yaxşılaşdırılmasına və Agentlyin ənənəvi təhsil, səhiyyə və digər proqramlarının gücləndirilməsinə göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirib.

Azərbaycanın Qoşulmama Hərəkatına sədriyi və bu ilin oktyabrında Bakıda keçiriləcək Zirvə görüşündən bəhs edən Pyer Krahenbul bu tədbirdə iştirak edəcəyini qeyd edib.

Görüşdə, həmçinin Agentlik və Azərbaycan arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
176

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
259

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
559
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 00:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru