Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2019
21:07
Ərdoğan: Dünyanın taleyi bir neçə ölkənin ixtiyarına buraxıla bilməz

“Bu gün dünyada ədalətsizlik hökm sürür”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən iclasda bildirib.

R. T. Ərdoğan deyib ki, BMT İkinci Dünya müharibəsindən sonra ədalətsizliyi aradan qaldırmaq üçün qurulub: “Ancaq dünya aclıq, münaqişə, iqlim dəyişikliyi kimi problemlərin həllinə təsirini itirir. Dünyanın bir qismi lüks yaşayırsa, digər tərəfində aclıq, səfalət var. Bu, qəbul edilə bilməz. İki milyon insanın yoxsulluq, 1 milyon insanın aclıq həddində yaşaması qəbuledilməzdir. Dünyanın taleyi məhdud sayda ölkələrin ixtiyarına buraxıla bilməz. Dünya beşdən böyükdür”. 

Türkiyə Prezidenti qeyd edib ki, nüvə silahlarına malik olanların nüvə silahı olmayanları təhdid etməsi anlaşılandır: “Nüvə silahının tamamilə ləğv edilməsi yerinə hər böhranda bir vasitə kimi ortaya qoyulması düzgün deyil. Nüvə silahı ya hamı üçün qadağan edilməlidir, ya da hamı üçün əlçatan olmalıdır”.

Məqalədə : Ərdoğan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
430

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
504

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
413
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-06-2021 18:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru