Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Sentyabr

2019
15:06
Putin Ərdoğan və Ruhani ilə ayrıca görüş keçirəcək

Rusiya prezidenti Vladimir Putin Suriya nizamlanmasına dair görüş çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani ilə ikitərəfli görüşlər keçirəcək.

FaktXeber.com-un RİA Novosti-yə istinadla məlumatına görə, bu barədə Rusiya liderinin sözcüsü Dmitriy Peskov xəbər verib.

"Bilirsiniz ki, bazar ertəsinə Suriya nizamlanması üçün Astana prosesinin təminatçılarının üçtərəfli görüşü planlaşdırılıb. Bu görüş Ankarada olacaq, prezident oraya gedəcək. Təbii ki, Ərdoğan və Ruhani ilə ikitərəfli görüşlər də olacaq" deyə o, bəyan edib.

Qeyd edək ki, sentyabrın 16-da Ankarada tarixi Çankaya Sarayında Rusiya, Türkiyə və İran prezidentlərinin Suriya nizamlanmasına dair zirvə görüşü keçiriləcək. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın daha əvvəl söylədiyi kimi, sammitdə İdlibdəki vəziyyət və Suriyanın Konstitusiya komitəsinin yaradılması müzakirə ediləcək.

Məqalədə : Putin Ərdoğan Ruhani 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
171

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
254

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
554
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 00:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru