Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Sentyabr

2019
16:31
Vəkil Bəhruz Bayramov Mövsüm Səmədovun oğlu barədə yazılanlara aydınlıq gətirdi

Vəkil Bəhruz Bayramov Qobustan həbsxanasında  Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovla görüşüb. 

Bu haqda Faktxeber.com-a vəkilin özü məlumat verib. 

Bəhruz Bayramov müvəkkili ilə mütəmadi görüşdüyünü bildirib: “Mövsüm Səmədovun səhhəti normaldır. Saxlanılma durumundan şikayət etmədi”. 

Cinayət işinin Avropa İnsan Haqları Məhkəməsində baxılmasına gəlincə, vəkil bildirdi ki, bu işlə öncəki vəkili məşğul olub və cinayət işi üzrə bildiriş Mövsüm Səmədova təqdim edilib. Bildiyim qədər hələlik kommunikasiya başlamayıb. 

Daha sonra vəkil Mövsüm Səmədovun oğlu, hazırda hərbi xidmət çəkən oğlu Zeynalabidin Səmədovla da görüşdüyünü bildirdi: “Zeynalabidinlə xidmət çəkdiyi hərbi hissədə görüşdüm. Hərbi xidmətdən çox razılıq edirdi. Bildirdi ki, hərbi xidmət, vətəni qorumaq hər bir vətəndaşın olduğu kimi mənim də borcumdur”. 

Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkədə keçmiş müstəntiq Rüfət Səfərov Bəhruz Bayramovun adından status paylaşaraq, qüya Zeynalabidin Səmədovun, “mən şəhid olmağa gəlmişəm, icazə vermirlər” dediyini yazmışdır. 

Qeyd edək ki, Mövsüm Səmədovun həyat yoldaşı Mehparə Səmədova da oğlunun belə sözlər demədiyini söyləyib və belə reklamların oğlunun təbiətinə yad olduğunu deyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ceyhun Bayramov Türkiyəyə səfərə gedib

17

İyun
14:29
SİYASƏT
225

Sabahın hava proqnozu

17

İyun
13:24
ÖLKƏ
241

Boko-Haram-ın yeni lideri məlum oldu

17

İyun
12:15
DÜNYA
217

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
332
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2021 04:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru