Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Avqust

2019
15:51
Azərbaycan bir sıra strateji əhəmiyyətli yüksəkliklər ələ keçirib - RƏSMİ

"Bir müddət əvvəl Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tərkibində Qazax Əlahiddə Sərhəd Diviziyası yaradılıb, Azərbaycan-Ermənistan sərhədinin Qazax ərazisindən keçən hissəsində sərhəd hissələri tərəfindən xidmət təşkil edilib. Həmin ərazilərdə son aylarda gərginlik müşahidə olunub".

Bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri, general-mayor Elçin İbrahimov deyib.

E.İbrahimov qeyd edib ki, bunun səbəbi Ermənistan silahlı bölmələri tərəfindən törədilən təxribatlar, onların Azərbaycan ərazilərinə doğru hərəkət etmək istəyi olub:

"Bizim tərəfimizdən bu cəhdlər nəzərə alınaraq, qabaqlayıcı tədbirlər görülüb. Bir sıra istiqamətlərdə strateji əhəmiyyətli yüksəkliklər, yeni mövqelər tutulub. Bu mövqelərin tutulması Ermənistan silahlı bölmələrinin döyüş postlarını və postlara gələn yolları nəzarətdə saxlamaq üçün daha optimal imkanlar yaradıb. Orada düşmən tərəfinin aramsız atəşi altında mühəndis işləri aparılıb. Bizim sərhəd döyüş məntəqələrinə şəxsi heyətin və nəqliyyatın təhlükəsiz hərəkət etməsi üçün val yollarının çəkilməsi tapşırıqları uğurla yerinə yetirilib. Bu müddətdə düşmən mövqelərindən mühəndis texnikamıza, yük maşınlarına, hətta hərbi tibb maşınımıza qarşı atəş açılıb. Nəticədə 2 hərbi qulluqçumuz yaralanıb. Görülmüş təxirəsalınmaz təxliyə tədbirləri tədbirlər nəticəsində onlar xilas edilib və hazırda onların sağlamlığına heç bir təhlükə yoxdur. Düşmənin döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulub”.(Report)

Məqalədə : Sərhəd Qoşunlarımız 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

29

İyul
12:38
MƏNƏVİYYAT
188

Azərbaycan nefti yenidən bahalaşıb

29

İyul
11:14
İQTİSADİYYAT
165

Neftin bahalaşması davam edir

29

İyul
10:47
İQTİSADİYYAT
231

ABŞ İraqa 17 min artefakt qaytaracaq

29

İyul
09:58
DÜNYA
300

Bu gün rekord sayda peyvənd vurulub

28

İyul
17:48
ÖLKƏ
347

Bayden: "Putin təhlükəlidir"

28

İyul
15:37
DÜNYA
382
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-07-2021 13:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru