Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyul

2019
13:50
Mövsüm Səmədov `Oğluma məktub` adlı müraciət ünvanlayıb

Qobustan həbsxanasında məhbus həyatı yaşayan AİP lideri Mövsüm Səmədov "Oğluma məktub" adlı müraciətinin mtbuatda dərc olunmasını istəyib. 

Müraciətdə deyilir:

"Zindan pəncərəsindən dünya daha aydın görünür. Zənnimcə, bu baxışda düşündürücü bir həqiqət vardır. Bəlkə də bunun səbəbi ondan irəli gəlir ki, kameranın divarları məhbusu bu dünya ilə ayıran axırıncı bir səddir. Buna görə də əgər desək ki, zindanda dünya meyilləri demək olar çox az cilvələnir, bəlkə də yanılmarıq. Bəli, mütəfəkkirlərin dili ilə desək, zindan böyük bir məktəb və mədrəsədir. Bura haqq yolunun yolçularının qaçılmaz bir dayanacağıdır. Hətta zindan bu yolda olanlar üçün İlahi rəhmətindən nazil olan müqəddəs bir məkandır. Zindan zalımların təhdidlərinin bir alətidir. Təbiidir, zindan bizi heç vaxt yora bilməz. Hərçənd ki, biz istəklərimizə çatmaqda müvəffəq ola bilməsək də, qəlbən azad olan insan dünya məhdudiyyətləri ilə üz-üzə gələndə heç vaxt məhbus ola bilməz. 

Zindan həm də müqavimət və istiqamət  mərkəzidir. Bizdən qabaqkılar bizə necə ülgü olublarsa, biz də gərək bacardığımız qədər bu İlahi amallara sadiq qalmağımızı Ulu Rəbbimizdən diləyək.

Biz bu Vətənin övladlarıyıq. Əgər tale bizdən həyatımızı burada tamamlamaq istəsə, təbii ki, bu, bizim üçün gözəl bir qismət olacaq. Biz nəinki məhşərdə, həm də gələcəkdə övladlarımızın yaddaşında alnıaçıq və üzüağ olmağı  özümüzə bir vəzifə  bilirik. 

Hər bir xalqın tarixi onun igid övladlarının mübarizliyi səhnəsində yazılır. Bu mübarizə ruhiyyəsinə malik olmayanlar həqiqi azadlığın dadını heç zaman dada bilməzlər." 

Məqalədə : Mövsüm Səmədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 40 dərəcə isti olacaq

23

İyun
13:34
ÖLKƏ
837

Azərbaycan neftinin qiyməti bahalaşıb

23

İyun
11:45
İQTİSADİYYAT
822

Brent bahalaşıb

23

İyun
09:24
İQTİSADİYYAT
1214

AMB-nin valyuta məzənnələri

23

İyun
09:12
İQTİSADİYYAT
1169
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2021 06:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru