Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyun

2019
10:30
`Livanlılar Fələstini satmaq istəyənlərin ortağı olmayacaq`

Ağ Evin  internet saytında bir gün əvvəl  İsrail Fələstin məsələsi ilə bağlı "Yüz ilin sazişi" planının  iqtisadi paketinin yayınlamasının ardından Livan spikeri  Nebih Berri bəyanat yayıb.

FaktXeber.com-un AA-ya istinadla verdiyi məlumata görə, yazılı açıqlamada deyilir:

"Bəziləri Livan rəsmilərinin səssizliyini - zəhərli təklifi  qəbul etdiyimiz şəklində yorumlamasın deyə bunu vurğulamaq istəyirik. Sərmayələri üçün Livanda bərəkətli torpaq tapmayacaqlar. Bu sərmayə - paytaxtı Şərqi Qüds olan müstəqil dövlət qurulması və geri qayıdış kimi Fələstin xalqının haqları və Fələstin münaqişəsinin əleyhinədir. Livan və livanlılar Fələstini 30 gümüşə (ucuza) satmaq istəyənlərin ortağı olmayacaq".

Sənəddə vurğulanır ki, iqtisadi cəhətdən çətin vəziyyətdə olan Livanı milyard dollarla aldata biləcəyini düşünənlər yanılırlar.

Ərəb regionunun  Fələstin məsələsinin edamında istifadə olunmamasına izn verilməməsinə çağırış olan  açıqlamada  Fələstin  münaqişəsinin  hər zaman olduğu kimi  "ərəblərin maddi imkanları" silahı ilə vurulmaq istəndiyi nəzərə çatdırılıb.

ABŞ-ın  İsrail-Fələsmtin  məsələsinə həll iddiası ilə hazırladığı "Yüz ilin sazişi" planının iqtisadi paketində Fələstin və qonşu ölkələri əhatə edən 50 milyard dollarlıq  sərmayə fonu irəli sürülmüşdü. İordaniya çayının Qərb sahilini və Qəzzanı əhatə edən inkişaf layihələri  haqqında müfəssəl  məlumatın paylaşıldığı planda  Fələstinin paytaxtı Qüdsə heç toxunulmayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən bahalaşıb

21

İyun
09:45
DÜNYA
330

AMB-nin valyuta məzənnələri

21

İyun
09:34
İQTİSADİYYAT
295

Azərbaycana yay gəlib

21

İyun
09:11
ÖLKƏ
300

AİP İran xalqını təbrik etdi

20

İyun
12:56
SİYASƏT
423

Kriştiano Ronaldodan yeni REKORD

19

İyun
13:59
DÜNYA
497

Ceyhun Bayramov Ermənistana səsləndi

19

İyun
13:45
SİYASƏT
535

DTX Şuşada əməliyyat keçirdi

19

İyun
12:58
ÖLKƏ
543

Azərbaycan nefti cüzi bahalaşıb

19

İyun
10:43
İQTİSADİYYAT
645
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2021 11:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru