Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyun

2019
11:00
İran Parlamenti Avrasiya ilə azad ticarət zonası barədə sazişi ratifikasiya edib

FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bu gün İran Parlametni Azad Ticarət Zonası (ATZ) barədə Avrasiya İqtisadi Birliyi (AİB) ilə müvəqqəti sazişi ratifikasiya edib. 

AİB və İran  2018-ci ilin may ayının 17-də  Astana  İqtisadi Forumunda  azad ticarət  zonasının yaradılması barədə müvəqqəti razılığa gəlmişdi. Saziş 3 il üçün nəzərdə tutulub və AİB ilə İran arasında malların məhdud nomenklatura üzrə ATZ-nın yaradılmasını özündə ehtiva edir.

Müqavilənin şərtlərinə görə, qüvvəyə mindikdən sonra 1 ildən gec olmayaraq tərəflər azad ticarət barədə tam  razılığa gəlmə barədə danışıqlara başlamalıdırlar.

Sazişin reallaşması tərəflər arasında  iqtisadi əlaqələrin inkişafına və ticarətin həcmini artırmağa, həmçinin Rusiyanın sənaye və kənd təsərrüfatı məhsullarının İrana tədarükünün çoxalmasına şərait yaradacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
275

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
480

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
469
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-05-2021 17:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru