Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2019
16:25
Fələstin ABŞ-ın `sülh planı` yığıncağına qatılmayacaq

Fələstin dövlət başçısı Mahmud Abbas bəyan edib ki, ABŞ-ın "Sülh üçün rifah" adlı İsrail-Fələstin sülh planına hesablanmış toplantısına qatılmayacaq. FaktXəbər bildirir ki, bu barədə Mahmud Abbasın administrasiyası yazılı bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, Mahmud Abbas ABŞ-ın "Əsrin müqaviləsi" adlandırdığı İsrail-Fələstin sülh planına qarşıdır və keçiriləcək toplantıda da iştirak etməyəcək: "Fələstin-İsrail münaqişəsindən çıxış yolu olaraq hazırlanan "sülh yerinə rifah" planını və Vaşinqtonun beynəlxalq hüququ pozmağa hesablanmış cəhdlərini rədd edirik".

Səudiyyə Ərəbistanının Məkkə şəhərində fövqəladə toplanan Ərəb ölkələri liderlərinə də səslənən Mahmud Abbas, 25-26 iyunda ABŞ-ın "Sülh üçün rifah" adlı Bəhreyndəki toplantısında qatılmayacağını açıqlayıb və Fələstin xalqının yanında olan ölkələri bu maraqları müdafiə etməyə çağırıb.

Məqalədə : Mahmud Abbas 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
176

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
259

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
559
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 01:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru