Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2019
11:29
Bakı-Yalama dəmir yolunun inşasına gələn il başlanılacaq

"Sürətli qatarların çəkilməsi ilə bağlı digər bölgələrdən – Quba-Qusar, Lənkərandan tələbat var".

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AzTV-nin “Günün nəbzi” verilişində bildirib. 

Onun sözlərinə görə, şimal zonasında bu infrastrukturu qurulması üçün maliyyə vəsaiti ayrılıb. Hazırda “Şahdağ” kurortuna da dəmir yolunun layihələndirilməsi başa çatdırılır.

“Lənkəranda isə torpaqalma işlərini həyata keçiririk və demək olar ki, bu işlər başa çatdırılıb, layihələndirmə işi gedir. Bu işlərdən sonra Dünya Bankından maliyyə cəlb olunması üçün işlərə başlayacağıq. Lənkəranın qoruqdan sonra olan dəniz tərəfində çox böyük turizm potensialı var", - C.Qurbanov vurğulayıb.

Onun sözlərinə görə, Rusiyaya, Yalamaya qədər olan hissəyə isə Asiya İnkişaf Bankı tərəfindən kredit ayrılıb. "Hazırda danışıqlar gedir, şirkətlərin seçilməsi ilə məşğuluq. Gələn ildən buranın inşasına başlayacağıq”, - QSC-nin sədri bildirib.(Report)

Məqalədə : Cavid Qurbanov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan ABŞ-a yeni səfir təyin edib

26

İyul
15:04
SİYASƏT
145

Sabahın hava proqnozu açıqlanıb

26

İyul
13:20
ÖLKƏ
132
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-07-2021 16:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru