Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2019
11:55
Zelenskiy Ali Radanı buraxdığını elan etdi-VİDEO

Ukrayna prezidenti Vladimir Zelenskiy vəzifəyə başladıqdan sonra  ölkə Parlamentini (Ali Rada) buraxdığını elan edib. FaktXeber.com-un məlumatına görə, o, hökumət üzvlərini yeni nəsillər üçün yerləri boşaltmağa çağırıb.

Yeni prezident həmçinin 2 ay ərzində Ukrayna Təlükəsizlik Xidmətinin rəhbərini, Baş Prokuror və müdafiə nazirini qovmağa çağırıb.

Bundan əlavə Zelenskiy deputat toxunulmazlığının ləğvi barədə qanunun qəbulunu təklif edib.

****

11.30

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski bazar ertəsi Ali Radanım təntənəli iclasında Ukrayna xalqına and içib. FaktXəbər "RİA Novosti"yə istinadən bildirir ki, bundan sonra ölkənin Konstitusiya Məhkəməsinin rəhbəri Vladimir Zelenskinin dövlət başçının səlahiyyətlərinin icrasına başladığını elan edib.

Zelenski andiçmə zamanı həm ölkə konstitusiyası, həm də İncilə əl basaraq xalqa xidmət edəcəyinə dair söz verib: "Ukraynanın suverenliyini və müstəqilliyini bütün işlərimlə müdafiə etmək, vətənin rifahı və xalqın rifahı üçün qayğı göstərmək, vətəndaşların hüquq və azadlıqlarını dəstəkləmək, Ukraynanın Konstitusiyasına və qanunlarına riayət etmək, bütün soydaşlarımızın mənafelərində vəzifələrini yerinə yetirmək, dünyada Ukraynanın nüfuzunu artırmaq naminə and içiriəm".

***

10:15 - Bu gündən etibarən Vladimir Zelenskiy Ukrayna prezidenti vəzifəsinə başlayacaq. FaktXeber.com-un Vesti-yə istinadla verdiyi məlumata görə, mərasim yerli vaxtla saat 10.00-a təyin olunub. Seçilmiş dövlət başçısı  and içəcək, sonra isə ona hökumətin rəsmi simvolları – orden zənciri formasında prezident işarəsi, gerb möhürü və sancaq təqdim olunacaq.

Qeyd edək ki, Zelenskiy Ali Radadan inaqurasiya mərasimini mayın 19-na təyin etməsini xahiş etmişdi, lakin deputatlar başqa cürə səs verəndə o, Parlamentin indiki  tərkibinə xoşagəlməzliklər vəd etdi. Söhbət  Radanın növbədən kənar buraxılışından və növbədənkənar seçkilərin təyin edilməsindən gedə bilər.

Hələ ki, Petro Poroşenkonun komandasının üzvləri bir-birinin ardınca öz vəzifələrini tərk edirlər. Belə ki, dünən Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov istefaya yollanıb.

Məqalədə : Poroşenko Zelenskiy 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
197

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
175

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
171

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
185

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
192

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
306

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
296

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
303

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
317
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 19:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru