Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2019
12:22
AİP sədri Mövsüm Səmədov xalqımızı təbrik etdi

Azərbaycan İslam Partiyasının sədri doktor Mövsüm Səmədov Ramazan ayının gəlişi münasibəti ilə Azərbaycan xalqına təbrik müraciəti ünvanlayıb. Müraciətdə deyilir deyilir:

“Əziz müsəlman Azərbaycan xalqı, mehriban qardaş və bacılar! Sizləri fəzilət dolu mübarək Ramazan ayının başlanması və Allahın ziyafət və rəhmət dolu süfrəsinə yenidən yetişməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Günahların bağışlanma ayı Ramazan növbəti gəlişi ilə xalqımıza birlik, Allahın rəhmət dolu məqamlarını gətirəcək. Hər kəsə bu məqamlardan səmərəli faydalanmasını, gözəl əməlləri, nəfsinə qarşı mübarizə səyləri ilə evinə, elinə, ailəsinə bərəkət qapısının açılmasına qadir olmağını diləyirəm.

Ramazan ayı həqiqətən ayların ən seçilmişi və üstünüdür. Uca Allah bu ayın məxsusi mahiyyəti haqqında belə deyir:”Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz”.(əl-Bəqərə, 183). Ramazan ayının daha mühüm üstünlüyü haqqında isə belə buyurur:”İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydır dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar”. (əl-Bəqərə, 185).

Hazırkı bəşəriyyət ciddi narahatlıq dövrünü yaşayır. Xüsusən İslam dünyasına, həqiqi İslamsevərlərə, dinimizin bel sütunu olan Əhli-Beyt(ə.s)-a, onu sevənlərə haqsızlıqlar edilir, torpaqlarına təcavüzlər həyata keçirilir. Alimlərimizə və ruhanilərə təzyiq, təhdid siyasəti aparılır. Həmçinin Azərbaycanın müqəddəs müsəlman torpaqları erməni təcavüzü altında on illərdir ki, inləyir, istismar olunur. Daxildə düşmən ovuna çıxan bəzi səlahiyyət sahibləri düşünülməmiş əməlləri ilə düşmən dəyirmanına su tökürlər, onu sevindirirlər.

Məhz mübarək Ramazan ayının ən böyük təsir gücü də hər kəsə iman dərəcəsini artırmağı, haqqı batildən ayırd etməyi təlqin edir, xalqı bir yumruq ayında birləşməyə, bununla da ümumi düşmənə qalib gəlməyə səsləyir. Arzu edirəm ki, bu əziz günlərdə Allah hər kəsə günah əməllərdən çəkinmək iradəsi bəxş etsin, Allahın bu ziyafət süfrəsinə sığınanların günahlarını bağışlasın, haqqı pozulanların haqqını özünə qaytarsın.”

Məqalədə : Mövsüm Səmədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 40 dərəcə isti olacaq

23

İyun
13:34
ÖLKƏ
852

Azərbaycan neftinin qiyməti bahalaşıb

23

İyun
11:45
İQTİSADİYYAT
837

Brent bahalaşıb

23

İyun
09:24
İQTİSADİYYAT
1229

AMB-nin valyuta məzənnələri

23

İyun
09:12
İQTİSADİYYAT
1184
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2021 07:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru