Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 May

2019
15:22
Məcburi köçkünlər üçün əmək yarmarkası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə aktiv məşğulluq tədbirləri davam etdirilir.

Nazirlikdən Faktxeber.com-a verilən məlumata görə, növbəti belə tədbir kimi, gələn həftə Abşeron rayonunda məcburi köçkünlər üçün əmək yarmarkası keçiriləcək.

Rayonda məcburi köçkünlər üçün inşa olunmuş yeni yaşayış kompleksində təşkil olunacaq yarmarkada işsiz və işaxtaran şəxslərə özəl və dövlət müəssisələrində olan vakant iş yerləri təqdim ediləcək. Dövlət Məşğulluq Xidmətinin həyata keçirdiyi layihələr barədə də məlumatlar veriləcək. Ümumilikdə yarmarkada 70-dək müəssisənin iştirak edəcəyi gözlənilir. 

Əmək yarmarkasının keçirilməsində əsas məqsəd həssas kateqoriyalardan olan məcburi köçkünlərin məşğulluğuna dəstək göstərməkdir.

Məqalədə : Əmək yarmarkası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan ABŞ-a yeni səfir təyin edib

26

İyul
15:04
SİYASƏT
230

Sabahın hava proqnozu açıqlanıb

26

İyul
13:20
ÖLKƏ
219
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-07-2021 02:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru