Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 May

2019
16:53
Səudun vəliəhd şazadəsi, Mahmud Abbasa 10 mlrd dollar təklif edib

Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman Fələstin prezidenti Mahmud Abbasa 10 milyard dollar təklif edərək, əvəzində ABŞ prezidenti Donald Tramnı Yaxın Şərq məsələləri üzrə «Əsrin müqaviləsi»nin dəstəkləməsini istəyib. FaktXeber.com-un məlumatına görə, PressTV xəbər verib.

Məlumata görə, Fələstin lideri sazişə razılığın onun siyasi karyerasına son qoyacağını deyərək təklifdən imtina edib.

Diploomatik mənbələrə əsaslanaraq hadisənin təfərrüatı barədə bildirilir ki, Məhəmməd bin Salman 2017-ci ilin dekabrında Fələstin liderinin  Səudiyyə Ərəbistanına səfəri zamanı Trampın planının detalları barədə danışıb. Vəliəhş şahzadə  həmçinin Fələstin  hökumətinin illik büdcəsi ilə maraqlanıb, Mahmud Abbas da cavabında  hökumətə ildə milyard dollar lazım olduğunu deyib. Bundan sonra Bin Salman  Yaxın Şərq məsələləri ilə bağlı planı dəstəkləmək müqabilində 10 il müddətinə 10 milyard  pul verməyi təklif edib.

Bundan başqa vəliəhş şahzadə  Abbasa  İordaniyanın Qərb sahilində nəzarəti  gücləndirmə və ölkə iqtisadiyyatını artırmaq üçün maliyyə dəstəkli layihələr təklif edib. Fələstin prezidenti  isə bildirib ki, siyasi reallıqlar  ona ABŞ-ın planını qəbul etməyə imkan vermir. Beləliklə, Fələstin tərəfi «əsrin müqaviləsi»ndən imtina edib.

Qeyd edək ki, aprel ayında ABŞ prezidentinin müşaviri və kürəkəni  Cared Kuşner  Yaxın Şərq məsələləri üzrə planın iyun ayında təqdim olunacağını bəyan etmişdi. Lakin planın təfərrüatlarını açıqlamaqdan imtina edib.

«Əsrin müqaviləsi» adlı Yaxın Şərq məsələləri üzrə plan  Donald Trampın  prezidentlik müddətinin əvvəlindən hazırlanır, lakin planın detalları açıqlanmır

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
233

İlham Əliyev İraqın neft nazirini qəbul edib

24

Sentyabr
13:43
İQTİSADİYYAT
261

Taliban Rusiyaya müraciət edib

24

Sentyabr
12:59
DÜNYA
295

İlham Əliyev İraqın neft nazirini qəbul edib

24

Sentyabr
12:16
SİYASƏT
271

Azərbaycan nefti bahalaşdı

24

Sentyabr
11:56
DÜNYA
331
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2021 20:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru