Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2019
10:53
Türkiyədə ələ keçən BƏƏ casuslarını fələstinli gizlədibmiş

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin keçirdiyi əməliyyat zamanı həbs olunan BƏƏ-nin 2 casusunun yeni əlaqələri ortaya çıxıb. FaktXəbər bildirir ki, bu barədə "Yeni Şafak" qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, casuslardan biri Samir Semih Şabanın Esenyurtda saxlanıldığı evi 6 ay əvvəl Fələstin konsulluğunda işləyən şəxs icarəyə götürüb. Fələstin Konsulluğunda işləyən şəxs həmin evi icarəyə götürərkən ev sahibini razı salmaq üçün ona Yasir Ərəfatla çəkilmiş şəkilini də göstərib. Atasının da Ərəfatın yanında olan polkovniklərdən olduğunu bildirən fələstinli, açarı aldıqdan sonra arvadı və 3 uşağı ilə birgə evdə qalmağa başlayıb. BƏƏ-dən olan casus Samir Semih Şaban da bir müddət sonra bu ailənin yanına yerləşib. Bolqarıstandan aldığı maşınla tək başına İstanbula gələn digər casus Zəka Yusif Həsən isə Şaban tərəfindən otelə yerləşdirilib.

Qeyd edək ki, BƏƏ-nin casuslarının Türkiyədə yaxalanması iki ölkə arasında münasibələri pozub. BƏƏ Federal Milli Şurasının üzvü Əhməd bin Məhəmməd Yarvan bildirib ki, Türkiyə saxlanılan şəxslər barədə hüquqi prosesləri həyata keçirməmiş onların fotoları və pasportlarını ictimaiyyətə açıqlayıb.

Məqalədə : Türkiyə-BƏƏ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

18

May
16:56
BÖLMƏNİ DÜZ SEÇ!
198

Sabahın hava proqnozu açıqlandı

18

May
12:52
ÖLKƏ
228

Livan İsraili raketlə vurub

18

May
11:42
DÜNYA
200
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-05-2021 19:02





  faktx[email protected]

Valyuta.com

Рейтинг@Mail.ru