Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Aprel

2019
09:48
İsrail əsgərləri 21 fələstinlini həbs edib

Aprelin 8-nə keçən gecə İsrail əsgərləri 21 fələstinlini həbs edib. FaktXeber.com-un məlumatına görə, onlar silahlı qruplaşma yaratmaqda ittiham olunublar. Əməliyyat İordaniyanın qərb sahilində həyata keçirilib.

Xatırladaq ki, Fələstinli Məhbuslar Klubu, "Addameer" İnstitutu və Məhbusların işi üzrə Komissiyanın yaydığı son hesabatda fevral ayı ərzində işğalçı İsrail rejim qüvvələri Fələstinin işğal altındakı bölgələrində ümumilikdə 569 nəfəri həbs etdiyi barədə məlumat yaymışdı. Bildirilib ki, həbs edilənlərin 78-i uşaq, 13-ü isə qadındır. Beləliklə, İsrail zindanlarında saxlanılan fələstinli siyasi məhbusların sayı 5700 nəfərə çatmışdı. Onların 48 nəfərini qadınlar, 230 nəfərini isə uşaqlar təşkil edir.

Rejim heç bir məhkəmə və sübut olmadan 87 nəfər barəsində inzibati həbs qərarı çıxarıb ki, onların 37-si yenidir. Bununla səbəbsiz yerə qeyri-müəyyən müddətədək inzibati həbs həyatı yaşayan fələstinlilərin sayı 500 nəfərə çatıb.

Bundan başqa aprelin 5-də Fələstinli Uşaqlar Günü ilə əlaqədar Fələstinli Məhbuslar Komitəsi İsrail zindanlarında saxlanılan fələstinli uşaqlarla bağlı hesabat yayıb. Sənədə əsasən hazırda İsrail həbsxanalarında 250 uşaq saxlanılır. Bu uşaqlar müxtəlif cür zorakılıq və təzyiqlərə məruz qalırlar, beynəlxalq hüquq və digər insan haqları prinsiplərilə uşaqlar üçün təsbit olunmuş hər cür hüquqlardan məhrum ediliblər.

Ümumilikdə, rejim 2000-ci ilin sentyabrında başlamış əl-Əqsa intifadasından bəri 10 minə yaxın fələstinli uşağı oğurlayıb və həbs edib. Qeyd edilir ki, yüzlərlə uşaq yetginlik yaşına həbsxanada qədəm qoyublar və onların bir çoxunun həbs müddəti qəsdən artırılıb. Bu uşaqlar əsasən İsrailin Ofer, Maciddo və Damun həbsxanalarında, bir qismi isə digər həbsxana və təcridxanalarda saxlanılır. Onların əksəriyyəti fiziki və psixoloji işgəncələrə məruz qoyulur, ən bəsit hüquqlarına belə əməl olunmur. Həbs edilmiş uşaqların əksəriyyəti gecə radələrində evlərinə edilmiş qəfil basqınlar zamanı tutulublar. Həbsxana və təcridxanalara aparılarkən döyülmə və şiddətli təzyiqlərə məruz qoyulublar.

Bu uşaqlar saxlanıldıqdan sonra dindirilmə zamanı, həmçinin ac və susuz saxlanılaraq etmədikləri əməlləri etiraf etməyə məcbur ediliblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
445

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
457

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
578

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
630
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 23:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru