Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Aprel

2019
13:49
Azərbaycanla Rusiya arasında üç saziş imzalanacaq

Aprelin 4-də Rusiya Federasiyası sənaye və ticarət naziri Denis Manturovun Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında biznes forumu keçiriləcək.

Biznes forum çərçivəsində üç sənədin imzalanması gözlənilir. Belə ki, Sumqayıt Texnologiyalar Parkı ilə “Rostselmaş” kombayn zavodu arasında əməkdaşlıq və münasibətlərin təşkili sazişi, “AzOkso” ilə “Serviceİnvest” arasında hasarlama sistemlərinin qurulmasına dair anlaşma memorandumu, həmçinin “AzOkso” ilə Avtomobil Yolları Dövlət Agentliyi arasında saziş imzalanacaq.

Bu günədək Rusiya Azərbaycan iqtisadiyyatına 4,2 milyard dollara yaxın, Azərbaycan isə qonşu ölkənin iqtisadiyyatına 1 milyard dollardan artıq sərmayə yatırıb.

Hazırda Azərbaycanda 450-dən artıq Rusiya ilə müştərək müəssisə və 300-ə yaxın 100 faiz Rusiya kapitalı olan müəssisə fəaliyyət göstərir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, iki ölkə arasında ticarət dövriyyəsi son bir ildə 4 faiz artaraq 2019-cu ilin yanvar-fevral aylarının yekunlarına görə 340,5 milyon dollar təşkil edib. Azərbaycanın xarici ticarət ortaqları arasında üçüncü yerə sahib olan Rusiya Federasiyası idxal həcminə görə ikinci, ixracata görə də onuncudur.(Report)

Məqalədə : Azərbaycan Rusiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
265

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
470

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
459
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-05-2021 16:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru