Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Mart

2019
16:57
Məcburi köçkün uşaqları Avro Liqa finalında

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununda komandaları meydana aztəminatlı və məcburi köçkün ailələrindən 22 nəfər azyaşlı qız (10-12 yaş arası) müşayiət edəcək. 

Faktxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin qızlar Fedex Beynəlxalq yükdaşıma şirkətinin əməkdaşlığı ilə Gənclər Proqramına cəlb olunub.

Uşaqların bəziləri AFFA-nın “Məktəblərdə futbol dərsi” layihəsinin iştirakçısı, digərləri isə AFFA-nın təşkilatçılığı ilə keçirilən U-13 qızlar Lıqası turnirində mübarizə aparan komandaların üzvləridir.

Fedex şirkətinin xüsusi çəkiliş qrupu martın əvvəllərində Bakıya səfər edərək lahiyəyə cəlb edilmiş qızların futbola olan maraq və istəklərini işıqlandırmaq məqsədilə videoçarxın çəkilişlərini aparıb, müsahibələr alıblar. 

Beləliklə, Bakı Olimpiya Stadionunda mayın 29-da keçiriləcək UEFA Avropa Liqasının final oyunu təkcə qarşılaşmanın təşkilatçıları, azarkeşləri, oyunun rəsmi şəxsləri və finalçı komandaların üzvləri üçün deyil, eləcə də futbolçuların əlindən tutaraq onları yaşıl meydana doğru müşayiət edən uşaqlar üçün də xüsusi və unudulmaz olacaq.

Qeyd edək ki, azyaşlı qızlar futbolçuları paltardəyişmə otaqlarının dəhlizindən yaşıl meydanadək müşayiət edəcəklər. 

Məqalədə : Avro Liqa 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan ABŞ-a yeni səfir təyin edib

26

İyul
15:04
SİYASƏT
230

Sabahın hava proqnozu açıqlanıb

26

İyul
13:20
ÖLKƏ
219
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-07-2021 03:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru