Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2019
10:09
İsrailli hərbçilər 7 yaşlı fələstinli uşağı məktəbdə tutdular - VİDEO

19 yaşlı qardaşını öldürmüşdülər, 7 yaşlı qardaşını da saxladılar. FaktXeber.com-un CNN Türk-ə istinadla verdiyi məlumata görə, İsrail hərbçiləri İordan çayının qərb sahilində şəhid fələstinli Ömər Əbu Leylanın azyaşlı qardaşını tutublar.

Qeyd edək ki, Selfit şəhərində hücum nəticəsində bir israilli öldürüldümşü. İsrail gücləri bu hücumun arxasında 19 yaşlı Ömər Əbu Leylanın olduğunu irəli sürərək, fələstinli gəncin Ramallahın Abveyn kəndində gizləndiyi binanı mühasirəyə almış, sonra isə atışma əsnasında onu öldürmüşdü.

İndi isə Əbu Leylanın 7 yaşlı qardaşı saxlanılıb. Uşağın yanında olan böyüklər bunun qarşısını almağa çalışsalar da nail olmayıblar: israilli əsgərlər nə uşağı, nə də yanındakıları dinləyib, onu elə məktəbdə şagirdlərin gözü qşarşısında həbs ediblər.

Qeyd edək ki, israilli hərbçiləri vurduqdan 50 saat sonra şəhid edilən  fələstinli Əbu Leyla şəhadətindən əvvəl vəsiyyət məktubu yazıb. Məktubda deyilir:

"Bismilləhirrahmənirrəhim. Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.

Əziz anam və atam. Məni bağışlayın və məndən razı olun. Çünki Allahın izni ilə şəhid olacam. Hər şey üçün Allaha həmd olsun. Sizdən mənim yaxşılıqlarımı deyil, pisliklərimi xatırlamağınızı və bu vəsilə ilə insanların məni bağışlamasını və yaxşılıqlarını qazanmaq istəyirəm».

Əbu Leyla məktubunda borclu olduğu insanları da unutmayıb və onların borcunun qaytarılmasını vəsiyyət edib.

Məqalədə : fələstin uşaq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
450

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
467

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
583

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
635
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 23:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru