Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2019
11:15
Avropa İttifaqı İranla nüvə sazişini davam etdirməyə çalışacaq

"Avropa İttifaqı (Aİ) İranla nüvə sazişini davam etdirməyə çalışacaq."

FaktXəbər-in AZƏRTAC-a istinadla məlumatına görə, bu fikri Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Birləşmiş Millətlər Təşkilati Təhlükəsizlik Şurasının iclasında səsləndirib.

F.Moqerini bildirib ki, bu gün dünyada “haqq güclünün tərəfindədir” qədim konsepsiyasının “qlobal idarəetmə” ideyası ilə əvəz olunması təhlükəsi yaranıb. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət hadisələrin bu cür inkişafının qarşısını almalıdır. Aİ diplomatiyasının rəhbəri əlavə edib ki, hazırda mövcud olan beynəlxalq təhlükəsizlik sistemi BMT-nin liderliyi və insan haqları prinsipləri əsasında dəyişdirilməlidir. O vurğulayıb: “Problemlərə çoxtərəfli yanaşmanı rədd etmək yolverilməzdir. Yeni silahlanma planeti insanlar üçün təhlükəli yerə çevirəcək. Bizim kollektiv təhlükəsizliyimiz tərksilah zəminində mümkün ola bilər”.

Avropalı diplomat qeyd edib ki, Aİ İranla imzalanmış nüvə sazişini davam etdirməyə səy göstərəcək. Onun bu sözlərini Böyük Britaniyanın BMT yanında missiyasının nümayəndəsi Stiven Hiki də dəstəkləyib. O qeyd edib ki, “Tehran bu sazişin şərtlərinə əməl etdikcə, London onunla əlaqələri davam etdirəcək”.

Məqalədə : Avropa İttifaqı İran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
795

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
1002
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 12:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru