Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Mart

2019
14:14
Həcc ziyarətinə gedənlər üçün qiymət 75 dollar bahalaşıb

Bu il Azərbaycanda Həcc ziyarəti üçün ayrılan kvota məlum olub.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin I müavini, müfti Salman Musayev açıqlamasında bildirib ki, bu il ziyarət üçün 2000 kvota ayrılıb.

O qeyd edib ki, ötən il də kvota eyni olub, sadəcə yekunda 1440 nəfər sənəd vermişdi: “Bu il otellərdə fərq olacaq. Səudiyyə Ərəbistandakı iqtisadi durumla əlaqəli qiymət fərqlidir. Yəni, qiymətlərdə 75 dollar artım olacaq”.

Başqa sözlə, bu il Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları (ötən il 4150 dollar) təşkil edir.

S.Musayev vurğulayıb ki, fevralın 26-dan etibarən sənəd qəbuluna başlanılıb və proses may ayının sonuna kimi davam edəcək: “Səfərin avqust ayının əvvəlində olması planlaşdırılır. Hazırda AZAL-la dəqiq tarixlər müzakirə olunur, çünki onlar qarşı tərəfdən yol xəritəsi almalıdırlar.(Report)

Məqalədə : Həcc ziyarəti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
795

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
1002
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 11:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru