Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Mart

2019
16:37
Azərbaycan XİN `ASAN Xidmət` sisteminə qoşulub

“ASAN Xidmət” mərkəzində konsulluq xidmətlərinin də göstərilməsinə başlanılıb.

Bu barədə FaktXəbər-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Azərbaycan Prezidentinin 2019-cu il 15 yanvar tarixli 471 nömrəli fərmanı ilə “Konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında edilmiş dəyişikliklərə əsasən, Xarici İşlər Nazirliyi tərəfindən konsulluq xidmətlərinin 2019-cu il 1 mart tarixindən “ASAN Xidmət” mərkəzlərində həyata keçirilməsi müəyyən edilib.

Bununla da “ASAN Xidmət” mərkəzlərində dövlət orqanları sırasına Xarici İşlər Nazirliyi daxil olunub, göstərilən xidmətlərin siyahısında isə konsulluq xidmətləri də yer alıb.

Fərmanın icrasının təmin edilməsi ilə əlaqədar Xarici İşlər Nazirliyinin aidiyyəti məsul əməkdaşlarından ibarət işçi qrupu yaradılıb, nazirliyin üzərinə düşən bütün vəzifə və öhdəliklərin qısa müddət ərzində icrası təmin edilib. Həmçinin xidmətlərin göstərilməsi məqsədilə Nazirliyin təcrübəli əməkdaşlarından ibarət heyət fəaliyyətlərinin davam etdirilməsi üçün “ASAN Xidmət” mərkəzinə ezam olunublar.

Beləliklə, 1 mart tarixindən Bakı şəhəri, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı “ASAN xidmət” mərkəzində konsulluq xidmətlərinin göstərilməsinə artıq başlanılıb.

Məqalədə : XİN ASAN xidmət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda güclü külək əsəcək

27

İyul
13:25
ÖLKƏ
597

ARDNF-in aktivləri 44 milyard dolları keçib

27

İyul
12:55
İQTİSADİYYAT
530
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-07-2021 09:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru