Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2019
15:26
Komitə sədri Bayılda evləri söküləcək məcburi köçkünləri qəbul edib

açqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakı şəhəri, Səbail rayonu, Bayıl sürüşmə zonasında evləri olan məcburi köçkünləri qəbul edib.

Qəbulda sürüşmə ilə əlaqədar olaraq, söküntüsü həyata keçiriləcək 27 evin sahibinin problemləri müzakirə olunub. R.Rzayev məcburi köçkün ailələrinə onların şəxsi mülkləri hesab olunan evlərin söküntüsü baş tutacağı təqdirdə, kompensasiya ödəniləcəyini deyib. O, məsələnin bu həftə ərzində öz həllini tapacağını vurğulayıb.

Qeyd edək ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl sürüşmə zonasında yerləşən 98 evin söküləcəyi barədə müvafiq qərar qəbul ediləcəyi gözlənilir. Söküləcək evlərdən 71-nin sahibinə kompensasiya verilməsi planlaşdırılır. Digər 27 evin isə məcburi köçkünlərə məxsus olduğu əsas gətirilərək onlara kompensasiya ödənilməyəcəyi, dövlətin məcburi köçkünlər üçün tikdiyi evlərdə yerləşdiriləcəyi bildirilib. Məcburi köçkünlər isə həmin evlərin onların mülkü olduğunu əsas gətirərək kompensasiya verilməsini istəyirlər. 

Xatırladaq ki, 2018-ci ilin yanvar ayının sonuncu ongünlüyündən etibarən Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik başlayıb, növbəti günlərdə bir neçə ev dağılıb. Bayıl yaşayış massivində baş vermiş sürüşmə hadisəsi ilə əlaqədar Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Məqalədə : Rövşən Rzayev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan ABŞ-a yeni səfir təyin edib

26

İyul
15:04
SİYASƏT
235

Sabahın hava proqnozu açıqlanıb

26

İyul
13:20
ÖLKƏ
224
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-07-2021 03:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru