Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Fevral

2019
08:35
Gələn aydan qazla işləyən avtobuslara yeni gömrük rüsumu tətbiq ediləcək

Martın 8-də sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş və sıxılmış qazla hərəkətə gətirilən avtobuslar üçün yeni idxal gömrük rüsumları qüvvəyə minəcək.

FaktXəbər-in məlumatına görə, bu, baş nazir Novruz Məmmədovun “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə” qərarında əksini tapıb.

Həmin tarixdən məxsusi olaraq hava limanlarında istifadə üçün nəzərdə tutulan avtobuslar idxal gömrük rüsumundan azad olunacaq. Sıxılmış qazla hərəkətə gətirilən, xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillər üçün də idxal gömrük rüsumu alınmayacaq.

Sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla hərəkətə gətirilən digər avtobusların isə mühərriklərinin hər bir kubsantimetri üçün 1,2 ABŞ dolları idxal gömrük rüsumu alınacaq.

Məqalədə : qaz avtobus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda güclü külək əsəcək

27

İyul
13:25
ÖLKƏ
521

ARDNF-in aktivləri 44 milyard dolları keçib

27

İyul
12:55
İQTİSADİYYAT
455

Ötən gün 2218 nəfər toylara buraxılmayıb

27

İyul
11:25
HÜQUQ,HADİSƏ
515
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-07-2021 02:33





  fa[email protected]

Valyuta.com

Рейтинг@Mail.ru