Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Fevral

2019
15:03
Həcc ziyarətinə getməyin builki qiyməti məlum oldu

Azərbaycandan Həcc ziyarətinə getməyin qiyməti artıq məlum olub.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) FaktXəbər-ə verilən məlumata görə, bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.

Ziyarətin ötənilkindən bir qədər baha olması Səudiyyə Ərəbistanında xidmətlərin və hotellərin qiymətlərinin bahalaşması ilə əlaqədardır.

Artıq Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb. Belə ki, ziyarətə getmək arzusunda olan bütün insanlar bu arzularını reallaşdıra biləcəklər. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.

Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu. Həcc ziyarətinin qiyməti isə 4150 dollar təşkil edirdi.

Məqalədə : Həcc ziyarəti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
795

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
1002
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 12:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru