Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2019
09:58
Madurodan ABŞ xalqına müraciət: Yeni Vyetnam Müharibəsinə yol verməyin - VİDEO

Venesuela prezidenti Nikolas Maduro ABŞ xalqını Tramp rəhbərliyinin Venesuelaya müdaxiləsinə qarşı çıxmağa çağırıb. FaktXəbər bildirir ki, bu barədə o, sosial şəbəkəyə video-müraciət yerləşdirib.
 
Maduro qeyd edib ki, Birləşmiş Ştatlar Venesuelaya müdaxilə edərsə, nəticələr Vyetnam müharibəsindən daha pis olacaq: "Əgər ABŞ hökuməti bizə müdaxiləyə cəhd edərsə, fikirləşə biləcəyindən daha pis Vyetnamla qarşılaşacaq. Biz qarşıdurma istəmirik, buna yol verməyin.

Venesuela dövlət başçısı 4 dəqiqəlik müraciətində hərbi çevrilişin ABŞ tərəfindən maliyyələşdirildiyini vurğulayıb: "Bu kampaniya Donald Tramp rəhbərliyi tərəfindən Venesuelada hərbi çevrilişi haqlı göstərmək üçün planlaşdırılıb, maliyyələşdirilib və fəal dəstəklənib. Böyük təbiət və enerji resurslarına malik bir ölkəyik. Bu həqiqətdir və Venesuelaya qarşı davamlı hücumların səbəbi budur. ABŞ rəhbərliyi Liviya və İraqda etdiklərini Venesuelada təkrarlamaq istəyir. Buna görə, vicdanınıza və həmrəyliyinizə müraciət edirəm. ABŞ böyük ölkədir və Donald Trampdan daha böyükdür. Ancaq Venesuela üçün hörmət tələb edirəm və Vyetnam kimi bir müharibənin qarşısını almaq üçün dəstəyinizə ehtiyac duyuram".

Məqalədə : Maduro 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
286

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
334

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
530
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 02:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru