Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Yanvar

2019
16:40
Yaralı fələstinlini öldürdüyü üçün seçki kampaniyasına dəvət olundu-VİDEO

İsrailin baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi  Likud Partiyasının millət vəkili  Yaron Mazuz, fələstinli yaralı gənci şəhid edən israilli hərbçi  Elor Azarianı seçki kampaniyasına daxil edib. 

Qeyd edək ki, 2016-cı ilin mart ayında  İordan çayının Qərb sahilində yerdə yaralı halda uzanan  21 yaşlı Əbdülfəttah  əş-Şərifi  başından vuraraq şəhid etmişdi. Bəzi israillilər Azarianın bu addımını "qəhrəmanlıq" kimi qəbul edir.

Hazırda Ekologiya nazirinin müavini vəzifəsində olan və cari ilin aprel ayında öz partiyasından millət vəkilliyinə namizədliyini irəli sürən Mazuz seçki kampaniyası üçün Azaria ilə birlikdə videolarını yayımlayıb.

Yeri gəlmişkən qeyd edək ki, yaralı gənci başından güllələyərək öldürən israilli hərbçi ilə bağlı böyük qalmaqal yarandıqdan sonra Azaria məhkəməyə verilmişdi. Hərbi məhkəmə ona «qəsdsiz adam öldürmə» ittihamı ilə 18 ay müddətinə azadlıqdan məhrum etmişdi. 2017-ci ildə həbs olunan Azarianın cəzası keçmiş  Baş Qərargah rəisi  Gadi Eizenkot  tərəfindən 14 aya endirilmişdi. Azaria isə cəmi 9 aydan sonra azadlığa buraxılmışdı.

Məqalədə : fələstinli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
450

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
462

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
583

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
635
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 23:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru