Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Yanvar

2019
11:12
Livan sammitinə sabotaj

FaktXeber.com-un Yeni Şafak-a istinadla verdiyi məlumata görə, İrana qarşı regional təzyiqi artırmağa çalışan  ABŞ və onun Orta Şərqdəki müttəfiqləri Livandakı Ərəb Birliyi Sammitini sabotaj edib. Belə ki, Səudiyyə Ərəbistanı başda olmaqla  Misir və Birləşmiş Ərəb Əmirliklər kimi ölkələr 6 ildən sonra 4-cü dəfə təşkil olunan Ərəb Birliyi İqtisadi və Sosial  İnkişaf Sammitinə ali səviyyəli təmsilçilərlə qatılmayıblar. Onlar beləliklə İranın təsiri altında olduğunu iddia etdikləri Livanı dolayı yolla təhdid ediblər.

Daha əvvəl qatılacaqlarını deyən Küveyt, Tunis, Fələstin, İraq, İordaniya və Somali də tədbirə bir neçə gün qalmış bəhanə ilə sammitdən iştirakdan boyun qaçırıblar.

Məsələ ilə əlaqədar Ağ Ev və Ər-Riyadın ərəb öləkələri üzərində təzyiq etmədikləri bildirilsə də, bəhanələrin ABŞ XİN rəhbəri Mayk Pompeonun Orta Şərq səfərindən sonra  gəlməsi diqqət çəkib.

Digər tərəfdən sammitə lider səviyyəsində qatılmayacağı bildirilən Qətər isə sürpriz bir həmlə edərək tədbirə ali səviyyədə qoşulub. Bərabərindəki heytələ dünən səhər Livana gələn Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Sanini Beyrutda  prezident Mişel Aun  qarşılayıb.

Beləliklə Qətər və Mavritaniyanın lider səviyyəsində qoşulduğu Sammitə digər ölkələr baş nazir, nazir və ya Ərəb Birliyinin  daimi təmsilçisi səviyyəsində qoşulublar.

Məqalədə : Livan sammit 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
331

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
443

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
422

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
494

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
479
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2021 02:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru