Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Yanvar

2019
16:30
İsrail fələstinli uşaqları 3 ildə 16 milyon dollar cərimələyib

İsrail hərbi məhkəmələri işğal altındakı İordan çayının qərb sahilində yaşayan  fələstinliləri son 3 ildə 16 milyon dollardan çox cərimələyib. FaktXeber.com-un məlumatına görə, bu barədə Haaretz qəzeti 2015-2018-ci illərdə verilən pul cəzaları ilə bağlı yaydığı hesabatdan məlum olub. Bildirilir ki, cərimələnən fələstinlilər əsasən cana və mala zərər verməyənlərdir.

Həmçinin hesabatda İsrail hərbçilərinə daş atdıqları iddiası ilə saxlanılan fələstinli uşaqların  bəzilərinin  həbs olunduğu, bəzilərinin isə külli miqdarda cərimələndiyi bildirilir.

Sənəddə daş atdığına görə hərbi məhkəmədə ittiham olunan 13 yaşlı Xalid Baharın işinə də yer verilib. Onun atdığı daşın  heç kəsi yaralamadığı və hər hansı bir zərərə yol açmadığına baxmayaraq, məhkəmə ona 6 ay 1 gün həbs cəzasına məhkum edib, əlavə olaraq  540 dollar cərimələyib.

Hesabatda bəzi uşaqların isə cərimə ödəmə imkanı olmadığından əlavə həbsdə qaldıqları vurğulanıb. Məsələn, kimlik bigiləri verilməyən 12 yaşlı fələstinli uşağı məhkəmə 1350 dollar cərimələyib. Ailəsi bu pulu ödəyə bilmədiyi üçün uşaq 31 gün müddətinə azadlıqdan məhrum edilib, həmçinin 130 dollar cərimələnib.

Qeyd edək ki, İsrail uşaqları hərbi məhkəməyə çıxaran tək ölkədir.

Fələstin rəsmi mənbələrinə görə, israil həbsxanalarında 270 fələstinli uşaq azadlıqdan məhrum olub. 

Məqalədə : fələstin uşaq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
455

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
472

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
588

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
640
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 00:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru