Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2018
10:03
`Fələstinli anaları öldürək`, - deyən isralli nazirdən PKK-ya dəstək

Fələstinli analara qarşı ölüm çağırışı səsləndirən irqçi fikri sitat gətirərək sosial şəbəkədəki hesabında paylaşdığı üçün sərt reaksiyalarla üzləşən İsrail rejiminin ədliyyə naziri Ayelet Şaked bu dəfə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əleyhinə danışaraq, dünyaya YPG/PKK terror təşkilatını qorumaq çağırışı edib.

FaktXəbər-in məlumatına görə, Aylet Şaked 2014-cü ildə fələstinli şəhidlərin analarının da öldürülməsi lazım olduğunu və onların uşaqlarının kiçik ilana oxşadığını dedikdən sonra Binyamin Netanyahu hökumətində Ədliyyə Nazirliyinin rəhbərliyinə gətirilmişdi.

O, İsrailin Ordu radiosuna açıqlamasında ABŞ-ın Suriyadan çəkilməsinin Ərdoğanı gücləndirəcəyini, İsrailin isə ziyanına olacağını deyib.

Şaked Suriyadakı YPG/PKK terror təşkilatını nəzərdə tutaraq, "ümid edirəm, kürdlər türklərə qarşı müharibəni udarlar. Ümid edirəm ki, beynəlxalq cəmiyyət Ərdoğanın kürdləri qətlə yetirməsini qarşısını alar", - deyə qeyd edib.

Məqalədə : Fələstin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
440

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
452

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
573

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
625
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 23:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru