Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Dekabr

2018
14:42
Mərakeşdə xarici turistləri qətlə yetirənlər İŞİD-ə qoşuldu

Dekabrın 17-də Mərakeşdə Tubkal dağının ətəyində 2 turist qızın – Danimarkadan 24 yaşlı Luiza Vesteraqer Espersen və Norveçdən 27 yaşlı Maren Uelandın cəsədi tapılmışdı.

Qurbanlardan birinin başı kəsilmişdi. Sonradan qızların edam videosu yayılmışdı.

FaktXeber.com-un Directorate-4-ə istinadla verdiyi məlumata görə, dünən mərakeşli hüquq mühafizəçilər onlardan birini saxlayıb. Bu gün isə daha 3 nəfər saxlanılıb.

Bundan başqa sosial şəbəkələrdə onların İŞİD-ə sədaqət andı içdikləri yerdə görüntüləndikləri videoları yayılıb.

Mərakeş hökuməti turistlərlə bağlı baş verənləri terror aktı adlandırıb.

Lakin İŞİD-ə xidmət edən media qrupları qruplaşmanın bu terrorla əlaqəsi barədə xəbər verməyib.

Sonuncu dəfə Mərakeşdə xarici vətəndaşlara qarşı terror aktı 2011-ci ildə olmuşdu. Həmin vaxt kafedə əldəqayırma partlayıcı qurğunun partladılması ilə həyata keçirdilən terrorda 17 nəfər həlak olmuşdu, 20-dən artıq insan yaralanmışdı. Həmin vaxt terroru törədən Adil əl-Atmani ölüm hökmünə, əlbir olduğu adam isə ömürlük həbsə məhkum olmuşdu.

Məqalədə : Mərakeş 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
385

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
402

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
543

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
590
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 19:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru