Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Dekabr

2018
11:35
ABŞ-ın Rusiya ilə bağlı sazişdən çıxması Avropaya nə vəd edir? VİDEO

ABŞ Orta və Yaxın Mənzilli Raketlərlə bağlı müqavilədən çıxacağı  təqdirdə Avropa nə edəcək və onlar öz ərazilərində raket yerləşdirilməsinə razılıq verəcəkmi?

FaktXeber.com-un verdiyi məlumata görə, alman siyasətçi  Villi Vimmer bununla bağlı sualı cavablandırıb.

O, bu ərəfələrdə Avropanın məyusluq dalğası ilə çalxalandığını xatırladıb: “Bunun üçün Fransada üsyan proseslərinə baxmaq kifayətdir. Ancaq sosial qarşıdurmanın yanında ərazisinin  hərbi əməliyyatlar zonası olması barədə məsələ qaldırsa və bunun olacağı gözləniləndir, o xaman avropalılar  bu tendensiyaya müqavimət göstərəcəklər. Mən bunu açıq-aşkar görürəm. Belə bir diskusiya buna gətirə bilər ki, ABŞ-ın Orta və Yaxın Mənzilli Raketlərlə bağlı müqavilədən çıxması  amerikalıların Avropanı tərk etməsiylə nəticələnəcək”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların orta və yaxın mənzilli raketlər (OYMR) üzrə razılaşmadan çıxacağını bildirib. Məlumata görə, Ağ Ev rəhbəri rəsmi Moskvanı razılaşmanı pozmaqda ittiham edib. 

"Mən bilmirəm niyə Obama (ABŞ-ın sabiq prezidenti Barak Obama - red) niyə danışıqlar aparmayıb və ya ABŞ-ı razılaşmadan çıxarmayıb? Biz onlara razılaşmanı pozmağa imkan

verməyəcəyik. Rusiya sazişə əməl etmədi, buna görə də təəssüf ki, biz müqaviləni pozacağıq və razılaşmadan çıxacağıq", - deyə o bildirib.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva ABŞ-ın razılaşmadan çıxmasına tez və səmərəli cavab verəcək.

Ümumiyyətlə, ABŞ son illərdə bir neçə dəfə Rusiya ilə bağlanan OYMR razılaşmasından çıxmaq istədiyini ən yüksək səviyyədə açıqlayıb. Öncədən də bu təşəbbüsün tərəfdarı ABŞ prezidentinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Con Bolton olduğu şübhə doğurmurdu. Çünki, 17 il əvvəl həmin Bolton təxminən eyni təkliflə Kreml rəsmiləri ilə bənzər bir görüş keçirmişdi.

ABŞ tərəfinin etiraz etdiyi "İsgəndər" kompleksləri üçün Rusiyanın hazırladığı yeni 9M729 qanadlı raketlərinin ("Kalibr" dəniz versiyalı qanadlı raketlərinin yerüstü variantı) atəş məsafəsi 2000 km-ə yaxındır. Digər etiraza səbəb "Avanqard" (RS-26 "Rubej") ballistik raketininin hazırlanmasıdır. Bu raketlər isə 2000 km-dən uzaq məsafədə hədəflərə zərbə endirə bilir. 

Orta və yaxın mənzilli raketlərinin ləğv edilməsi haqqında sazişə görə, Rusiya və ABŞ bütün orta (1000-5500 km) və yaxın (500-1000 km) mənzilli balistik və qanadlı raket komplekslərini məhv etməyi, gələcəkdə isə bu tip raketləri istehsal etməməyi, sınaqdan keçirməməyi və yerləşdirilməməyi öhdələrinə götürüblər. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
25

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
805
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 12:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru