Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Dekabr

2018
17:42
Tbilisidə müxalifətin kütləvi etiraz aksiyası başladı

Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında müxalif “Güc birlikdədir” koalisiyasının kütləvi etiraz aksiyası başlayıb. Aksiyanın əsas tələbi növbədənkənar parlament seçkiləridir.

Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. Təşkilatçılar aksiyada 10 minlərlə insanın iştirak etdiyini bildirib. Aksiyaya bölgələrdən də qatılanlar var.

Etirazçılar qarşısında çıxış edən“Güc birlikdədir” koalisiyasının liderlərindən biri Giorgi Vaşadze təmsil etdiyi birliyin prezident seçkilərinin nəticələrini tanımadığını deyib:

“Seçkilər xalqın iradəsini əks etdirmir. Gürcüstan demokratik ölkədir, lakin seçkilər demokratik standartlara uyğun keçirilmədi. Biz, hakimiyyətin xalqa məxsus olması, Gürcüstanın parlaq və demokratik gələcəyi uğrunda mübarizə aparırıq”.

Müxalifətçilərin sözlərinə görə, tələbləri yerinə yetirilməyənə qədər aksiyalar davam etdiriləcək.

Noyabrın 28-də Gürcüstanda keçirilmiş prezident seçkilərinin II turunda Salome Zurabişvili 59,52% səslə dövlət başçısı seçilib. Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qirqol Vaşadze isə 40,48% səs əldə edib.

Məqalədə : Gürcüstan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

21

İyun
17:39
ÖLKƏ
125

Səməd Seyidov AŞPA-nı sərt tənqid edib

21

İyun
15:15
SİYASƏT
390

Sabah Azərbaycanda 41 dərəcəyədək isti olacaq

21

İyun
13:52
BÖLMƏNİ DÜZ SEÇ!
361
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2021 22:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru