Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Noyabr

2018
17:15
AİP lideri Hacı Mövsüm Səmədov xalqımızı təbrik etdi

Azərbaycan İslam Partiyası Mətbuat Xidmətinin verdiyi məlumata görə qurumun sədri Hacı Mövsüm Səmədov İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s), müsəlmanların altıncı imamı İmam Cəfər Sadiqin (ə) mövludunun ildönümü və “Vəhdət həftəsi” münasibətilə xalqımızı, dünya müsəlmanlarını təbrik edib.

Təbrikdə deyilir:

“Əziz Peyğəmbərimiz Həzrət Muhəmməd Mustafanın (s), müsəlmanların altıncı imamı İmam Cəfər Sadiqin (ə) mövludunun ildönümü, əsası İmam Xomeyni tərəfindən qoyulan “Vəhdət həftəsi” şanlı tarixi günlər münasibətilə səmimi qəlbdən təbrik edirəm. Allahdan hər kəsə, mömin qardaş və bacılara, ailələrə bu izzətli və şərəfli bayramların xeyir və bərəkətini, tarixi zərurətdən doğan, bəşəriyyət üçün, xüsusən müsəlman dünyasından ötrü dövrümüzün ən vacib və talehyüklü vəzifə olan “Vəhdət həftəsi”nin mahiyyətinin və fəlsəfəsinin dərk edilərək əməli həyata keçirilməsini diləyirəm.

Bu gün müsəlman dünyası və onun bir parçası olan doğma Vətənimiz çətin imtahan qarşısındadır. Ədalətsiz müharibələr, işğallar, istismarlar müsəlmanlara acı fəryadlar yaşadır. Əfqanıstanda, iraqda, Suriya və Yəməndə, Bəhreyndə, Liviyada imperiya qüvvələrinin təhriki ilə vətəndaş müharibələri gedir. Amerikanın, İsrail sionist rejimlərinin silahları və himayəsi ilə terrorçular  bu məmləkətlərdə nahaq qanlar axıdır. Qarabağımız 30 ilə yaxındır ki, erməni qəsbkarlarının işğalı altındadır.

Bütün bunlara baxmayaraq bizə, bu günümüzə, sabahımıza aydın yollar göstərən Peyğəmbərimiz, onun Əhli-beytin anım və mövlud günlərini dövlət səviyyəsində lazımınca qeyd edə bilmirik. Düşmənlərimiz bundan istifadə edərək üstümüzə gəlir, vəhdətimizi pozur, sərvətlərimizə əl qoyurlar. Bu gün müsəlman dünyasının bayramlarımızı böyük şövqlə qeyd etmələrinə, sarsılmaz birlik və vəhdət yaratmalarına ciddi zərurət həmişəkindən daha çoxdur. Məhz Qarabağımızın işğaldan azad olunması da mən deyərdim ki, bu sıx vəhdətdən, birlikdən keçir.

Mən bir daha xalqımızı bu şanlı bayramlarımızın ildönümü  münasibətilə təbrik edirəm, haqq və ədalət uğrunda mübarizədə hər kəsə əzm, iradə və uğurlar diləyirəm.

Məqalədə : Mövsüm Səmədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
300

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
284

UEFA prezidenti Bakıda

16

İyun
16:19
İDMAN
297

Vətən müharibəsi qazisi vəfat edib

16

İyun
15:29
HƏRB
348

Sabah 39 dərəcə isti olacaq

16

İyun
13:19
ÖLKƏ
402
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 08:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru