Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2018
13:03
Daha 19 fələstinli həbs edildi

İsrail rejimi ordusundan verilən yazılı açıqlamaya görə, İordan çayının qərb sahilindəki müxtəlif bölgələrində gecə keçirilən əməliyyatlarda "terror aksiyalarına qoşulduqları" iddiası ilə 19 fələstinli saxlanılıb.

FaktXəbər-in məlumatına görə, açıqlamada həmçinin nəzarətə alınan fələstinlilərin sorğu-sual olunmaq üçün bölgədəki nəzarət mərkəzinə göndərildiyi qeyd olunub.

İşğal altındakı İordan çayının qərb sahilindəki evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri həbs edir.

Fələstin rəsmi mənbələrinə görə, İsrail həbsxanalarında təxminən 6 min 500 fələstinli var.

İsrail "inzibati həbs" adını verdiyi tədbilərlə fələstinliləri 1 ilə kimi istintaq altında saxlayır. Məhbusun, "İsrailin təhlükəsizliyi üçün təhlükə təşkil etdiyinə" qərar verilməsi vəziyyətində isə hərbi hakim hər hansı bir sübut olmadan saxlanılmanı 5 ilə qədər uzada bilir.

Məqalədə : İsrail Fələstin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

18

May
16:56
BÖLMƏNİ DÜZ SEÇ!
203

Sabahın hava proqnozu açıqlandı

18

May
12:52
ÖLKƏ
240

Livan İsraili raketlə vurub

18

May
11:42
DÜNYA
205
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-05-2021 19:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru