Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Oktyabr

2018
12:52
İŞİD Liviyanın mərkəzinə hücum edib: Qurbanlar və girov götürülənlər var

İŞİD terrorçuları  Liviyanın mərkəzi Əl-Fukaha şəhərinə bir neçə maşınla (merin sözlərinə görə, 25 maşınla) hücum edib. Şəhər 2 saat tamamilə İŞİD terrorçularının nəzarəti altında olub.

Bu müddət ərzində terrorçular hökumət binası və polis idarəsini yandırıblar. Hücum nəticəsində merin oğlu ilə birlikdə 5 nəfər həlak olub, bir nəfər yaralanıb və 10 nəfər girov götürülüb. Həlak olan 5 nəfərdən 2-i şəhərdə camaatın gözü qabağında edam olunub.

Yerli bələdiyyənin bildirdiyinə görə, hücumun səbəbi axırıncı dəfə ələ keçirilən terrorçuların qisasını almaq olub.

Şəhərdə 3 günlük matəm elan olunub.

Əl-Fukaha hakimiyyəti baş verəcək yeni hücumlardan təşvişə düşüb. Liviya milli ordusu təhlükəsizliyi təmin etmək üçün şəhərə 128-ci batalyonu göndərib.

Məqalədə : Livya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

21

İyun
17:39
ÖLKƏ
140

Səməd Seyidov AŞPA-nı sərt tənqid edib

21

İyun
15:15
SİYASƏT
400

Sabah Azərbaycanda 41 dərəcəyədək isti olacaq

21

İyun
13:52
BÖLMƏNİ DÜZ SEÇ!
376
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-06-2021 00:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru