Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2018
09:10
Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri artırıldı

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının istifadəsi və hesabat məlumatlarının formalaşdırılması Qaydaları həm də Bakı Nəqliyyat Agentliyi müəyyən ediləcək.

Həmçinin “Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları”nda da dəyişikliklər edilib.

Avtomobil yollarının tikintisinə və yenidən qurulmasına dair birtipli və ya fərdi layihələr bu sahədə mövcud qanunvericiliyə və normativ texniki sənədlərin tələblərinə uyğunluğu baxımından Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi orqandan ekspertizadan keçirilməli və onlarla razılaşdırılmalıdır.

Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə Daxili İşlər Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən Daxili İşlər Nazirliyinin “Yol hərəkəti haqqında” Qanunun 23-cü maddəsinin II hissəsinə əsasən müəyyən edilən hesabına köçürülən vəsaitin 25 faizi DİN-in yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə olunur.

Dəyişikliyə əsasən, yol polisi avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tərtib etdiyi protokollar tərtib edəcək. Vəsaitdən yol patrul xidmətini həyata keçirən hər bir əməkdaşın aylıq vəzifə maaşına xidmət zamanı bilavasitə aşkarladığı yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara, habelə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tərtib etdiyi protokollardan daxil olan cərimələrin məbləğinin 25 faizi miqdarında əlavə edilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
425

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
437

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
563

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
615
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 21:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru