Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2018
11:02
Dispanserdəki yanğına görə həbs olunan həkim vəfat etdi

Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilən həkim, həmin Mərkəzin şöbə müdiri olmuş Azad Ələkbərov vəfat edib. 

A. Ələkbərov yanğından sonra cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq zamanı A. Ələkbərov infarkt keçirib və ürəyində problemlər yarandığı üçün stend qoyulub. 

Onun səhhətinin ağır olmasına görə barəsindəki cinayət işi ayrıca icraata götürülmüşdü və istintaq hərəkətləri dayandırılmışdı. A. Ələkbərovun vəziyyəti ağır olduğu üçün onunla birgə təqsirləndirilənlər şəxslərin işi məhkəməyə göndərilsə də, şöbə müdirinin işi istintaqda saxlanılmışdı. A Ələkbərov bu müddət ərzində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alırdı. 

Sentyabrın 29-da isə A. Ələkbərovun səhhəti pisləşib və o, dünyasını dəyişib.(Qafqazinfo)

Məqalədə : Dispanser 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda güclü külək əsəcək

27

İyul
13:25
ÖLKƏ
516

ARDNF-in aktivləri 44 milyard dolları keçib

27

İyul
12:55
İQTİSADİYYAT
455

Ötən gün 2218 nəfər toylara buraxılmayıb

27

İyul
11:25
HÜQUQ,HADİSƏ
515
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-07-2021 02:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru