Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2018
14:50
Avstriya Xarici İşlər naziri BMT Baş Assambleyasında 5 dildə xitab edib

Avstriyanın XİN rəhbəri Karin Kneissl Birləşmiş Millətlər Təşkilatının 73-cü Baş Assambleyasına ərəbcə müraciətlə başlayıb daha sonra sözünə fransız, ispan, ibrani və ingilis dilində davam etdirib.

FaktXəbər-in məlumatına görə, onun bu addımı böyük alqışla qarşılanıb. 

Kneissl müharibə və qarşıdurmanın ortasında yaşayanların Baş Assambleyada səslərinin eşidilməsi lazım olduğunu düşündüyü üçün çıxışına ərəbcə başladığını bildirib.

Yaxın Şərq xəritəsinin Osmanlı İmperatorluğu dağıldıqdan sonra neft kəmərlərinə görə müəyyənləşdirildiyini və Yaxın Şərqdəki dövlətləri neft işi formaya saldığını vurğulayan Kneissl, "Yaxın Şərqdəki müharibələr neftə görə başlayıb və Suriya da bu müharibələrin yaratdığı qeyri-sabitliyin son qurbanıdır", - deyə bildirib.

Milyonlarla vətəndaşın arasında beş ölkəyə məxsus hərbi qüvvələrin və minlərlə terrorçunun olduğu Suriyadakı böhranın diplomatik həlldən başqa alternativi olmadığını ibrani dildə deyən Kneissl, İdlib razılığı ilə yeni dinamika yarandığını və bu tarixi fürsətin əldən buraxılmaması lazım olduğunu söyləyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
452

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
348

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
351

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
632

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
467
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-05-2021 23:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru