Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2018
15:43
Tramp Maduronu hərbi yolla devirəcəklərinə işarə etdi

ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikola Maduronun hərbi çevrilişlə asanlıqla devriləcəyini söyləyib.

FaktXəbər-in məlumatına görə, Tramp Birləşmiş Millətlər Təşkilatının (BMT) 73-cü Baş Assambleyasındakı görüşləri zamanı verdiyi açıqlamada bu cür danışıb..

Tramp, "hərbçilər qərar verərsə, ordu tərəfindən çox sürətli şəkildə devriləcək bir rejimdir", - deyə bildirib.

ABŞ-ın rəhbərliyi ilə hərbi çevrilişinin mümkün olub olmadığına dair sualı cavabsız qoyan Tramp, hərbi strategiyanı müzakirə etmədiyini deyib.

Digər tərəfdən, Venesuela prezidenti Maduro ABŞ Xəzinə Nazirliyinin həyat yoldaşı və yaxın ətrafına qarşı sanksiya qərarı haqqında danışarkən, "imperialist gücə qarşı aparılan müharibədə bu cür sanksiyaların ətrafındakılar üçün şərəf nişanı olduğunu", - qeyd edib.

Yoldaşını hədəf alan sanksiyalara etiraz edən Maduro, "mənə hücum etmək istəyirsinizsə, birbaşa mənə yönəlin, ancaq Ciliaya və ailəmə toxunmayın", - söyləyib.

Qeyd edək ki, ABŞ Xəzinə Nazirliyinin korrupsiya iddiaları ilə hədəfə aldığı şəxslər arasında Venesuela prezidentinin xanımı Cilia Floreslə bərabər, Venesuelanın vitse-prezidenti Delsi Elonia Rodrigez Qomez, müdafiə naziri Vladimir Padrino Lopez və rabitə naziri Corc Xesus Rodrigez Qomez var.

Məqalədə : Nikola Maduro 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
425

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
437

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
563

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
615
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 21:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru