Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2018
11:13
Kerri: Bəşər Əsəd İsrail ilə sülh istəyib, lakin...

ABŞ-ın keçmiş xarici işlər naziri Con Kerri xatirələrini qələmə aldığı "Hər gün qeyri-adidir" adlı kitabda 2010-cu ildə Suriya prezidenti Bəşər Əsədin İsrail ilə sülh danışıqlarına vasitəçilik etməsi üçün ABŞ prezidenti Barak Obamadan kömək istədiyini yazıb.

FaktXəbər-in məlumatına görə, Kerri kitabında Əsədin Obamaya, İsrailin 1967-ci ildəki müharibədən sonra işğal etdiyi Holan təpələrini Suriyaya təhvil verməsi halında Suriyanın bəzi addımlar atmağa hazır olduğunu bildirdiyini qeyd edib.

Əsədin məktubunu İsrail rejiminin baş naziri Binyamin Netanyahuya çatdırdığını da yazan Kerri, Netanyahunun Əsədin təklifinə təəccübləndiyini bildirib.

Kitabda Əsədin məktubundan sonra 2011-ci in ilk aylarına qədər ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparıldığı, ancaq bu müzakirələrdə irəliləyiş olmadığı qeyd edilib.

Kerri Vaşinqton rəhbərliyinin danışıqlar üçün ciddiliyini yoxlamaq məqsədilə Əsəddən Suriyanın Hizbullahla əlaqələrə son verməsi və silah tədarükünü dayandırması kimi bəzi istəkləri həyata keçirməsini istədiyini, ancaq Əsədin bunu etmədiyini yazıb.

Kerri həmçinin, "Suriya Obama rəhbərliyinin arxasında qoyduğu "açıq yara"dı və mən hər gün Suriya məsələsini düşünürəm", - deyə qeyd edib.

Məqalədə : Con Kerri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

21

İyun
17:39
ÖLKƏ
140

Səməd Seyidov AŞPA-nı sərt tənqid edib

21

İyun
15:15
SİYASƏT
400

Sabah Azərbaycanda 41 dərəcəyədək isti olacaq

21

İyun
13:52
BÖLMƏNİ DÜZ SEÇ!
376
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-06-2021 00:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru