Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Sentyabr

2018
11:26
Mövsüm Səmədovun 53 yaşı tamam olur

Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev partiyanın lideri Mövsüm Səmədovu doğum günü münasibətilə təbrik edib. Partiyanın Mətbuat Xidmətindən redaksiyamıza daxil olan təbrik müraciətində deyilir:

“Çox hörmətli və əziz qardaşımız, dəyərli ruhani və mübariz liderimiz, haqq yolunun yorulmaz, sarsılmaz bələdçisi Doktor Mövsüm Səmədov! Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik. Sizə Allahın gözəl nemətlərindən olan can sağlığı, xalqımız üçün xeyirli, Yaradan qarşısında təqvalı əməllərinizin xəzinəsi olan ömrünüzə bərəkət, İslam yolunda nümunə sayıla bilən ən yüksək məqama sahib olmağınızı arzulayırıq. 

Siyasi fəaliyyətə başladığınız istər milli azadlıq hərəkatında, istərsə də 1993-cü ildən qədəm qoyduğunuz Azərbaycan İslam Partiyası sıralarında malik olduğunuz salsılmaz iradə, haqqı batildən ayıran siyasi təfəkkürünüz və qabaqgörənliyiniz, zülmün qarşısında baş əyməmək və zalım zümrənin məzlum insanlara qarşı zərərli vərdişlərini həmişə tənqid etmək kimi mətin mənəviyyata malik olmağınız ardıcıllarınız olaraq biz İslamçıların qəlbində, şüurunda həmçinin qürur və fəxarət hissini yaradır.

Əməlləriniz, ictimai həyatda, siyasi səhnədə tutduğunuz düzgün mövqe insanlarda vətəndaşlıq və bəndəçilik qayəsinin təmizlənməsi, cəmiyyətimizin sağlam ruhu və layiqli gələcəyi, istiqlaliyyəti üçün gərəkli amil kimi sadə insanlar, iman sahibləri tərəfindən həmişə yüksək qiymətləndirilir. Bu gün xalqımızın zülmün qarşısında baş əyməyən, xalqını, Vətənini, torpağını, dinini canından əziz tutan Sizin kimi liderə, şəxsiyyətə ehtiyacı həmişəkindən böyükdür. Dünyamızın böyük ziddiyyətlər yaşadığı, cəmiyyətlərdə acı vərdişlərin tüğyan etdiyi bir zamanda Sizin və Sizin kimilərinin zindanlarda qalması xalqımız üçün də olduqca zərərlidir. Arzu edirik ki, cəmiyyətimizin sağlam gələcəyinə qarşı atılan bu zərərli addımların geri atılması öz həllini tapsın, haqqınız ədalət naminə bərpa olunsun. 

Hörmətli Hacı Mövsüm, 54 yaşınızı ailənizlə birlikdə keçirmək arzusu ilə Sizi partiyamız və onun bütün üzvləri adından, dostlar, iman və təqva sahibləri adından, cəmiyyətimizin bütün ibadət əhli adından bir daha təbrik edir, Sizə tutduğunuz yolun ən uca zirvəsini fəth etməyi Allahdan diləyirik."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
325

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
294

UEFA prezidenti Bakıda

16

İyun
16:19
İDMAN
307

Vətən müharibəsi qazisi vəfat edib

16

İyun
15:29
HƏRB
363

Sabah 39 dərəcə isti olacaq

16

İyun
13:19
ÖLKƏ
412
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 09:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru