Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Avqust

2018
14:00
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Naftalanda vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Naftalanda vətəndaşlarla görüşəcək.

Nazirlikdən FaktXəbər-ə bildirilib ki, Ramin Quluzadə avqustun 31-də saat 12:00-da Naftalan şəhərində Naftalan, Gəncə şəhərlərinin, Göygöl, Samux, Goranboy, Daşkəsən, Kəlbəcər və Xocalı rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, eləcə də bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı mərkəzi”, (012) 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq. Bunun üçün Naftalan şəhərində (02235) 22106, Gəncə şəhərində (02225) 71617, Göygöl rayonunda (02220) 55013, Samux rayonunda (02227) 51199, Goranboy rayonunda (02224) 52106, Daşkəsən rayonunda (02221) 53020, Kəlbəcər rayonu üzrə (02226) 75099, Xocalı rayonu üzrə (02235) 21698 nömrəli telefonlara zəng edə bilər.

Məqalədə : Ramin Quluzadə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
251

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
286

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
510
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 00:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru