Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Avqust

2018
13:45
Bu gecə yanğın baş verib - “Azərenerji” xəbərdarlıq etdi

Avqustun 4-də gecə saatlarında 330 kV-luq 1-ci Abşeron və 500 kV-luq 2-ci Abşeron elektrik verilişi xətlərinin mühafizə zolağının Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində yanğın baş verib.

“Azərenerji” ASC-dən FaktXəbər-ə verilən məlumata görə, Mərkəzi Dispetçer Məntəqəsinin çevik reaksiyası və qabaqlayıcı tədbirləri nəticəsində ölkədə elektrik enerjisi təminatında heç bir problem və fasilə yaranmayıb. Lakin belə hadisələr ümumilikdə enerji infrastrukturuna ziyan vurur, sistemin dayanıqlılığını pozur və ciddi fəsadlar törədir.

Qeyd edək ki, bundan əvvəl belə hadisələr bir sıra problemlərə səbəb olub. Belə ki, avqust ayının 2-də Ağsu rayonunun Ağsu aşırımı adlanan ərazisində sözügedən hava xətlərinin altında törədilmiş yanğın enerjisistemin normal iş fəaliyyətində ciddi problem yaradıb.

O cümlədən, iyul ayının 12-də 15-30 radələrində Mingəçevir şəhərindən 151 km məsafədə yerləşən Ağsu rayonunun Bico kəndində və Yevlax rayonunun Xanabad kəndindən 20 km məsafədə eyni vaxtda hava elektrik verilişi xətlərinin yerləşdiyi ərazilərdə genişmiqyaslı yanğın baş verib. Yanğın elektrik enerjisinin ötürülməsi sistemində qəzaya gətirib çıxarıb. “Azərenerji” ASC-nin personalının operativ yanaşması ilə elektrik enerjisi təminatında problemin yaranmasına imkan verilməyib.

Əhalidən diqqətli davranmağı və bu məsələdə vətəndaş mövqeyi nümayiş etdirərək, ölkə üçün həyati vacib əhəmiyyət kəsb edən enerjisistemin infrastruktur obyektlərinin mühafizəsində yaxından iştirak etmələrini xahiş edirik.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda güclü külək əsəcək

27

İyul
13:25
ÖLKƏ
521

ARDNF-in aktivləri 44 milyard dolları keçib

27

İyul
12:55
İQTİSADİYYAT
460

Ötən gün 2218 nəfər toylara buraxılmayıb

27

İyul
11:25
HÜQUQ,HADİSƏ
515
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-07-2021 02:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru