Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyul

2018
13:33
Fələstinli cəsur qız Təmimi sərbəst buraxıldı - FOTO

İsrail rejiminin təxminən 7 aydır hərbi həbsxanada saxladığı 17 yaşlı "Hanzala" cəsarət mükafatlı fələstinli cəsur qız Əhəd Təmimi ilə anası sərbəst buraxıldı.

FaktXəbər-in məlumatına görə, Təmimi və anası Nəriman bu gün işğal altındakı İordan çayının qərbi sahilində yerləşən Ramallah şəhərinin Nəbi Saleh mahalının girişində azad edilib.

İsrail əsgərləri Təmimini 19 dekabr 2017-ci ildə Ramallahda ailəsiylə yaşadığı evə basqın təşkil etdikdən sonra həbs etmişdi. Anası Nəriman da qızı ilə bağlı məlumat almaq üçün getdiyi Ramallahın şərqindəki nəzarət məntəqəsində İsrail əsgərləri tərəfindən sxlanılmışdı.

Təmimi İsrail əsgərlərinə hücum ittihamı ilə günahlandırılırdı. O, Nəbi Saleh mahalında yerləşən evinin həyətinə zorla girən İsrail əsgərinə yumruq atmışdı. 

Əhəd Təmimi 2012-ci ildə qardaşı həbs olunarkən İsrail əsgərlərinə qarşı göstərdiyi davranışa görə İstanbulda "Hənzələ" cəsarət mükafatına layiq görülmüşdü.

Məqalədə : Fələstin Əhəd Təmimi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
316

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
466
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 04:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru