Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyul

2018
12:03
Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib

Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərə müraciət edib. Müraciətdə bildirilib ki, Bakı şəhərinin inzibati ərazisində dayanma-durma qaydalarına əməl etməyən sürücülərə qarşı inzibati tədbirlərin görülməsi ilə bağlı səlahiyyətlərin icrası zamanı vətəndaşlara xidmət amili əsas götürüləcək.

"Səlahiyyətlərin icrasına başlamazdan əvvəl zəruri olan prosedurlar icra edilməkdədir. Məqsədimiz heç də sürücüləri dayanma-durma qaydalarına əməl etmədikləri üçün inzibati məsuliyyətə cəlb etmək deyil. Əvvəlcə mütləq şəkildə geniş maarifləndirmə işləri aparılmalıdır ki, artıq bu istiqamətdə də müəyyən layihələr həyata keçirilir. Düşünürük ki, maarifləndirmə işini düzgün qurmaqla, eləcə də sürücüləri vaxtında məlumatlandırmaqla onları yol hərəkəti qaydalarına əməl etməyə sövq etmək mümkün olacaq. Bakı Nəqliyyat Agentliyi, eyni zamanda bütün sürücülərə müraciət edərək onları dayanma-durma qaydalarına əməl etməyə və bir birimizə qarşı anlayışlı olmağa səsləyir. Yalnız anlayışla yanaşdığımız halda, şəhər yollarında hərəkət etmək daha rahat, maneəsiz və təhlükəsiz olacaq", - deyə məlumatda vurğulanıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
251

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
286

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
510
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 00:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru