Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyul

2018
12:17
AİP lideri Mövsüm Səmədov Gəncə olaylarına münasibət bildirib

Azərbaycan İslam Partiyasının (AİP) lideri Hacı Mövsüm Səmədov Gəncə hadisələrinə münasibət bildirib. Mövsüm Səmədov məlum olaylarla bağlı qeyd edib ki, o, zorakılığın və şəxsi qərarlar və təşəbbüslər əsasında kiminsə cəzalandırılmasının əleyhinədir: “Yunis Səfərovun bu hərəkəti qanuna ziddir. Zorakılığın və öz-özünə qərar çıxarmağın əleyhinəyəm. Çünki bu cür hadisələr ölkədə anarxiyaya gətirib çıxarır. Bundan öncə də İsmayıllı və Qubada bənzər hadisələr baş vermişdi. Məmurların özbaşınalığı, rüşvət və korrupsiyaya bulaşmaları, əhaliyə xidmət etmək əvəzinə onlara zülm vermələri, sonda bu cür hadisələrin baş verməsinə səbəb oldu. Təkcə Gəncə icra başçısının deyil, demək olar ki, ölkə məmurlarının böyük əksəriyyətinin xalqla pis rəftarı belə hadisələrə rəvac verir. Hakimiyyət bu hadisələrin səbəbini ölkə xaricində deyil, öz yürütdüyü siyasətdə axtarmalıdır. Yəni bu hadisələr hakimiyyətin yarıtmaz siyasətinin nəticəsidir. Çünki Gəncənin icra başçısı Elmar Vəliyev xalqın əmlakını talayıb, insanları, o cümlədən şəhid anasını təhqir etməkdən çəkinməyib. Bu hadisələrin daha da ağır forma almaması üçün, hakimiyyət ciddi addımlar atmalıdır. “

Mingəçevirdə baş verən hadisələr və ölkənin bir gecədə qaranlığa qərq olması hadisəsinə də münasibət bildirən AİP lideri bunları söyləyib:

“Azərbaycanın təhlükəsizliyinə təhdid mövcuddur. Bunun əsas səbəblərindən biri də dövlət büdcəsindən ayrılan vəsaitlərin korrupsiya yolu ilə mənimsənilməsidir. 2011-ci ildə enerji təhlükəsizliyinə ayrılan 2, 5 milyard vəsaitdən 1,5 milyarddan çoxunun Azərenerji ASC-nin rəhbəri Etibar Piriverdiyev tərəfindən mənimsənilməsi haqda mətbuatda məlumat dərc olunmuşdu. Lakin bu haqda hökumət heç bir tədbir görmədi. Bundan əlavə məlum hadisələrlə bağlı siyasi partiyalar, ictimaiyyət nümayəndələri ayrı-ayrılıqda mövqe sərgiləsələr də, birgə müzakirələrə qoşulmadılar. Mən din xadimlərinin, siyasi partiya mənsublarının və ictimaiyyət nümayəndələrinin birgə və geniş müzakirələr aparmasının tərəfdarıyam və bunu vacib hesab edirəm.”

Məqalədə : Mövsüm Səmədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 40 dərəcə isti olacaq

23

İyun
13:34
ÖLKƏ
837

Azərbaycan neftinin qiyməti bahalaşıb

23

İyun
11:45
İQTİSADİYYAT
822

Brent bahalaşıb

23

İyun
09:24
İQTİSADİYYAT
1214

AMB-nin valyuta məzənnələri

23

İyun
09:12
İQTİSADİYYAT
1169
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2021 06:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru