Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyul

2018
15:19
132 məcburi köçkün ailəsi arasında püşkatma keçirilib

İyulun 24-də Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında bu rayondakı qəzalı və həyat üçün təhlükəli bina və tikililərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Qobu Park” yaşayış kompleksində tam təmirli yeni mənzillərə köçürülməsi ilə bağlı püşkatma mərasimi keçirilib. 

Püşkatmada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın üzvləri, Nərimanov Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri və məcburi köçkün icmalarının nümayəndələri iştirak ediblər.

Dövlət Komitəsindən FaktXəbər-ə verilən məlumata görə, Nərimanov rayonundakı  “Mayakovski, 8/9, 10” və “Ziya Bünyadov, 30” ünvanlarında yataqxanalarda yaşayan və püşkatma mərasimində iştirak edən 132 məcburi köçkün ailəsi həmin qəsəbəyə köçürüləcəklər.

Məcburi köçkün ailələri növbə ilə püşk çəkərək, “Qobu Park” yaşayış kompleksində, əvvəlcədən ayrılmış otaq sayı üzrə, hansı binada və neçənci mənzildə yaşayacaqlarını müəyyənləşdiriblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan ABŞ-a yeni səfir təyin edib

26

İyul
15:04
SİYASƏT
235

Sabahın hava proqnozu açıqlanıb

26

İyul
13:20
ÖLKƏ
224
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-07-2021 04:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru