Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyul

2018
10:45
Qətər Həcc ziyarətinə görə Səudiyyədən BMT-yə şikayət edib

Qətərin Milli İnsan Hüquqları Komitəsi (NHRC) Səudiyyə Ərəbistanının qətərli hacılara tətbiq etdiyi maneələrin aradan qaldırılması üçün Birləşmiş Millətlər Təşkilatına (BMT) şikayət məktubu göndərib. FaktXəbər-in verdiyi məlumata görə, Qətərin yazılı bəyanatı BMT-nin İnsan Hüquqları Şurası və İnsan Hüquqları Üzrə Ali Komissarlığı, Din və Etiqad Azadlığı üzrə xüsusi məruzəçisinə ünvanlanıb.

Məktubda embarqoların davam etməsi və Səudiyyə rəhbərliyinin Qətər vətəndaşları və bu ölkəyə gələn digər inanclıların ibadətlərini yerinə yetirmələri üçün heç bir müsbət addım atmaması göstərilib.
 
Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədri Əli bin Samih əl-Merri sözügedən məktubda qeyd edib ki, qətərlilərin digər müsəlmanlar kimi Həcc əməlini yerinə yetirə bilməsi üçün Səudiyyə Ərəbistanına qarşı təcili tədbirlər görülməlidir.

Məqalədə : Həcc 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
265

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
470

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
459
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-05-2021 16:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru